Emil Balayev Qazaxıstanın digər klubuna keçə bilər

14:59 5 Fevral 2020

"Tobol"dan ayrılan millimizin qapıçısı Emil Balayev karyerasını Qazaxıstanın digər klubunda davam etdirə bilər.



Sportarena.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 25 yaşlı qolkiperi "Kaysar"ın transfer etmək istədiyi bildirilir. Balayevin növbəti mövsüm Avropa Liqasında çıxış edəcək kluba keçməkdə maraqlı olduğu vurğulanıb.
 

Xatırladaq ki, futbolçunun atası Nazim Balayev Qol.az-a müsahibəsində oğlunun Qazaxıstan, Rusiya və Avropanın digər ölkələrindən təklif aldığını bildirmişdi.  


Xəbər xətti