"Zirə"nin "Sumqayıt"la 19-cu dueli

14:08 6 Fevral 2020

Bu həftə Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçiriləcək.



Sportarena.az xəbər verir ki, 2020-ci ildə ilk səfər matçına çıxacaq “Zirə” “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da keçiriləcək görüş iki rəqib arasında çempionatdakı 19-cu matç kimi tarixə düşəcək. Komandalar indiyədək Premyer Liqa çərçivəsində 18 oyunda üz-üzə gəliblər.“Zirə” əvvəlki qarşılaşmalarda böyük üstünlüyə malikdir. Hesabında 10 qələbə və 4 heç-heçə olan “qartallar” 4 dəfə meydandan xalsız ayrılıblar. Bu üstünlük top fərqində də öz əksini tapıb. 25 qol vuran komanda 15 top buraxıb. “Zirə”nin əvvəlki 18 oyundakı ən yaxşı bombardirləri hərəyə üç qol vuran Aleksandr Dedov, Vüsal İsgəndərli və Riçard Qadzedir. Sonuncu bu topları fərqli mövsümlərdə vurub.

 

10-cu dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstün durumdadır. 4 dəfə səfərdən qalib dönən qəsəbə təmsilçisi 2 heç-heçə edib və 3 məğlubiyyət alıb. Rəqib meydanında 9 qolu olan zirəli futbolçular 7 top buraxıblar.
 

Qeyd edək ki, “Zirə” “Sumqayıt”la son 5 oyunda meydanı qolsuz və xalsız tərk etməyib.  


Xəbər xətti