Arda Turan yenidən "Barselona"da?

15:47 6 Fevral 2020

Arda Turan yenidən "Barselona"ya dönə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya klubuna yaxınlığı ilə tanınan "Sport" qəzetinin müxbiri Albert Roj məlumat yayıb.Onun sözlərinə görə, Osman Dembelenin zədələnməsindən sonra müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın geri dönməsi gündəmə gəlib: "Barselona"da Arda Turan zamanı gəldi".

 

Qeyd edək ki, məşqdə zədələnən Osman Dembele böyük ehtimalla mövsümü başa vurub. 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer olunan gənc futbolçu "Barselona" dönəmində 9-cu dəfə zədələnib. O, bu müddətdə ümumilikdə 456 gün zədəli olub.

 

Arda Turan "Barselona"ya məxsus olsa da, mövsümün ilk yarısını "Başakşəhər"də keçirib. Futbolçunun qış fasiləsində "Qalatasaray"a keçidi gündəmdə olsa da, bu baş vermədi və klubsuz qaldı.


Digər xəbərlər

Xəbər xətti