Çini təhqir edən Olimpiya çempionu diskvalifikasiya edildi

11:48 7 Fevral 2020

Macarıstanın şort-trek üzrə Olimpiya çempionu Çaba Buryan bir il müddətinə oyunlardan diskvalifikasiya edilib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun sosial şəbəkədə Çini təhqir etməsi olub.Belə ki, 2019-cu ilin dekabrında Şanxaydan uçan Buryan reysi çox gözləməsi səbəbindən İnstaqramda foto paylaşıb və “Lənətə gəlmiş Çin” sözlərini yazıb. Macarıstanın Şort-trek Federasiyasının fikrinə görə, idmançı intizam və etik pozuntulara yol verib. Bu səbəbdən o, 12 ay müddətinə oyunlardan kənarlaşdırılıb.

 

Bu müddət ərzində Buryan milli komandanın yarış və məşqlərində iştirak edə bilməyəcək. İnsident səbəbindən yığmanın baş məşqçisi istefa vermək istəsə də, federasiyada onun xahişini qəbul etməyiblər.


Digər xəbərlər

Xəbər xətti