Dani Kintana yeni klubunun düşərgəsində

11:18 9 Fevral 2020

"Qarabağ"dan ayrılan Dani Kintana Çinin birinci liqa təmsilçisi  "Çendu Better Siti"nin düşərgəsinə qoşulub.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"a transfer olunan 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti