"Bordinin gedişindən sonra komandada canlanma var" - "Neftçi"nin qapıçısı

12:51 9 Fevral 2020

Premyer Liqanın 16-cı turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Neftçi"nin qapıçısı Aqil Məmmədov oyundan sonra açıqlama verib.
 

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper uzun müddət sonra oyuna çıxmasından söz açıb:

 

- Xeyr, həyəcan yox idi. Qələbə qazanmaq istəyirdik. Təkcə qələbə çatmadı. Yaxşı mübarizə apardıq. Azarkeşlərə də təşəkkür edirik. Baş məşqçimiz Füzuli Məmmədova da təşəkkür edirəm ki, uzun müddət sonra məni oyuna buraxdı. Şükür, hər şey normaldır.

 

- Uzun müddət sonra qapıda dayandın. Bu dəyişiklik nə ilə bağlıdır?

- Bilmirəm. Bu, baş məşqçiyə aid sualdır.

 

- 2 xalı "Neftçi" itirdi, yoxsa "Qarabağ"?

- Biz qələbə üçün meydana çıxmışdıq. Uşaqlar əzmkar oynadı. Qələbə çatmadı. Bura qalib gəlmək üçün gəlmişdik.

 

- Kənarda hər iki komandanın heç-heçəyə qane olduğu görünürdü.

- Bu barədə nəsə deyə bilmərəm. Siz kənardan daha yaxşı görürsünüz.

 

- Roberto Bordinin gedişindən sonra "Neftçi"də canlanma hiss olunur. Bununla razısan?

- Bəli, canlanma hiss edilir.


Digər xəbərlər

Xəbər xətti