Pelenin vəziyyəti yenidən pisləşdi

13:16 11 Fevral 2020

Dünya futbolunun canlı əfsanəsi Pele səhhəti ilə bağlı problemlər səbəbindən depressiyaya düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “TV Globo”nun efirində idmançının oğlu Edinyu danışıb.Onun sözlərinə görə, bir müddət əvvəl Pele əməliyyat olunub və bərpa prosesi lazım olduğu qaydada keçməyib. İndi braziliyalı, demək olar, gəzə bilmir.Edinyu, həmçinin atasının evdən çıxmaq istəmədəyini bildirib. Pele özünə qapanıb və heç kimin onu görməsini istəmir.

 

Qeyd edək ki, son bir neçə il ərzində 79 yaşlı Pele səhhəti ilə əlaqədar dəfələrlə xəstəxanalıq olub.


Digər xəbərlər

Xəbər xətti