Bu gün “Böyük Dəbilqə” başlayır

Sportarena.az      21 Fevral 2020 , 11:20

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın 8 idmançısı mübarizəyə qoşulacaq: Kişilərdə 60 və 60 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində.

 

60 kq-da Kəramət Hüseynov ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.Orxan Səfərov və Nicat Şıxəlizadə 66 kq-da mübarizə aparacaqlar. Onlar ilk görüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

 

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) görüşəcək. 52 kq-da Gültac Məmmədəliyeva 1/32 finalda belçikalı Rihöllə (Belçika) üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin