Ramil Şeydayev "Sabah"da debüt etdi

17:54 23 Fevral 2020

"Sabah"ın yeni transferi Ramil Şeydayev komandada ilk rəsmi oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqanın 18-ci turunda "Səbail"ə qarşı keçirilən matçın 88-ci dəqiqəsində Təmkin Xəlilzadənin əvəzinə meydana daxil olub.

 

Qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan Azərbaycan millisinin üzvü "Sabah"la mövsümün sonuna qədər müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti