Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

15:05 24 Fevral 2020

Abdullah Avcı AFFA-nın təklifini geri çevirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.Məlumata görə, türkiyəli mütəxəssis yığma komanda çalışdırmağı düşünmür. O, karyerasını Türkiyənin böyük klublarında və ya ölkə xaricində davam etdirmək niyyətindədir. Xəbərdə millimizə digər əsas namizədlər Covanni De Byazi və Çezare Prandelli göstərilib.

 

Qeyd edək ki, Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb.


Xəbər xətti