"Liverpul"dan inamlı qələbə - VİDEO

11:44 25 Fevral 2020

İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son oyununda "Liverpul” "Vest Hem”i qəbul edib.

 

"Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. "Liverpul”dan Məhəmməd Salah, Sadio Mane və Veynaldum fərqlənib. "Vest Hem”in qollarına isə İssa Diop və Pablo Fornales imza atıb.

 

Bununla da "Liverpul” İngiltərə Premyer Liqasında ardıcıl 18-ci qələbəsini qazanıb.

 

 


Digər xəbərlər

Xəbər xətti