Məşhur baş məşqçi Azərbaycan millisində?

12:26 26 Fevral 2020

AFFA milli komandanın yeni baş məşqçisini gələn həftə açıqlayacaq. Daha doğrusu, belə ehtimal var. Yığmamıza gətirilməsi gözlənilən, əsas namizəd Canni de Byazinin açıqlamasından belə anlaşılır.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis futbolinfo.az-a AFFA-yla danışıqları davam etdirdiyini etiraf edib.

 

O, icraçı vitse-prezident Elxan Məmmədovla müzakirə apardığını, prosesin davam etdiyini bildirib. De Byazi əməkdaşımıza indi yekun qərarı gözlədiyini, 10 gün ərzində bütün suallara aydınlıq gələcəyini deyib.Deməli, uzağı gələn həftə AFFA-nın bu italiyalı ilə anlaşdığı, yoxsa başqa birini seçdiyi dəqiqləşəcək. Lakin hadisələrin gedişi göstərir ki, de Byazi əsas namizəddi.

 

Qeyd edək ki, 63 yaşlı italiyalı mütəxəssis İtaliya və İspaniyanın müxtəlif klublarına, o cümlədən Albaniya millisinə başçılıq edib. 2011-2017-ci illərdə Albaniya millisini çalışdıran De Byazi 2016-cı ildə Avropa çempionatının final mərhələsinə qatılıb.


Digər xəbərlər

Xəbər xətti