Mövsümdə 2-ci dəfə

12:57 2 Mart 2020

Premyer Liqanın 19-cu turunda baş tutan 4 oyundan 3-də heç-heçə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” – “Sabah” matçında 0:0, “Neftçi” – “Səbail” qarşılaşmasında 1:1, “Sumqayıt” – “Keşlə” görüşündə 2:2 hesabı ilə başa çatıb. Yalnız “Zirə” – “Qəbələ” oyununda (1:2) qalib müəyyənləşib. Bununla da cari mövsümün heç-heçə rekordu təkrarlanıb. X turda da eyni sayda bərabərlik yaşanmışdı.


Ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.


Xəbər xətti