Azərbaycanlı idmançıdan "Survivor"da möhtəşəm performans - VİDEO

13:29 4 Mart 2020

Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasına növbəti dəfə performansı ilə damğa vurub.

 

Sportarena.az xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Burak adlı iştirakçı ilə qarşılaşıb.Pərviz fiziki gücü və sürəti hesabında rəqibinə qarşı üstünlük qurub. Yarışın sonunda düzgün atışlar edən Pərviz rəqibini məğlub edərək komandasına xal qazandırıb. 

 

"Ünsiyyət oyunu" adlı yarışda Pərvizin komandası (Məşhurlar) qələbə qazanıb və iştirakçılar dostlarından gələn video mesajlara baxmaq şansı əldə ediblər. 

 

Azərbaycanlı idmançı yarışmadakı son performansı ilə Türkiyə mətbuatının da diqqətini çəkib. (baku.ws)

 

 


Digər xəbərlər

Xəbər xətti