ABŞ klubundan "Qarabağ"ın sabiq futbolçusununa yeni müqavilə təklifi

10:28 5 Mart 2020

ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini heyətində saxlamaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Frontrowsoccer" nəşri məlumat yayıb.Alban futbolçunun müqaviləsi başa çatıb. "Nyu-York Kosmos" 38 yaşlı müdafiəçi ilə daha bir mövsümlük müqavilə imzalamaq niyyətindədi.

 

"O, ötən il komandanın böyük hissəsi idi, burada məşqdə olması da xoşdu. Səviyyəni qaldırır. Aqolli peşəkardır və belə futbolçunun olması gənc oyunçular üçün vacibdi" deyə komandanın baş məşqçisi Karlos Mendes bildirib.

 

Qeyd edək ki, 2012-2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli Albaniya millisində 73 oyun keçirib. 


Digər xəbərlər

Xəbər xətti