Azərbaycanlı qadın idmançı: "Sevgilim idmançı olmalıdı ki..." - FOTOLAR

15:20 9 Mart 2020

Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlı oxu.az saytına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, idmançı şəxsi həyatı ilə bağlı da danışıb.

 

Tünzalə İmanlı "Subaysız. Gözləmədiyiniz bir adamdan hədiyyə almaq ehtimalı var" sualına belə cavab verib: "Bilmirəm. Hər şey ola bilər... Ümumiyyətlə, mənim sevgilim idmançı olmalıdı ki, məni başa düşsün. Əvvəlki sevgilim idmançı idi. Ötən ilin dekabrında Gürcüstandakı döyüşümə məni o çıxarmışdı. Hazırda onunla dost kimiyəm. Həmin döyüşdə Sofiya Baqişvilini məğlub etmişdim".

 

İdmançı "Deyəsən, gecə həyatına da üstünlük verməyi xoşlayırsız" sualının cavabında "Belə deyim: mən gecəni sevirəm. Aqşin Fateh, Nəfəs, Səda Duyğu, Nurlan Ordubadlı kimi çoxlu müğənni dostlarım var, onlar məclislərə çağırır. Mən məclis adamıyam" deyib.



Digər xəbərlər

Xəbər xətti