““Pünik”lə oyundan öncəki gecə yata bilmirdim” - George Adamiya

Sportarena.az      10 Mart 2018, 18:37

Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in formasını geyinmiş George Adamiyanın bu gün 39 yaşı tamam olur.

 

Sportarena.az xəbər verir ki, sabiq hücumçu “Neftçi” televiziyasına bununla bağlı maraqlı müsahibə verib. Gürcüstanlı gənc mütəxəssis “flaqman”da keçirdiyi 4 ili (2004-2008) xatırlayıb.

 
O, öncə 2004-cü ildə “Neftçi”yə keçidindən və bu komanda haqda hansı bilgiyə malik olmasından danışıb: “Neftçi” haqda məlumatım var idi. Gürcüstanda Tbilisi “Dinamo”su olduğu kimi, Azərbaycanda da “Neftçi” var. Mən bütün bunları yaxşı bilirdim və düzünü desəm, orada necə əhval-ruhiyyənin hökmranlıq etdiyini görəndə təəccübləndim. “Neftçi” legioner olduğum ilk komanda idi. Məni özlərininki kimi qəbul etdilər, qarşıladılar. Bu çox xoş idi. Mən də öz tərəfimdən onları pis vəziyyətdə qoymaq istəmirdim. Belə də alındı və “Neftçi”nin heyətində 4 il oynadım.
 
Adamiyanın sözlərinə görə, “Neftçi”nin heyətində debüt etdiyi “Birlik kuboku”nda çıxışı pis alınmayıb: “Bütün karyeram ərzində hər oyuna qalib gəlmək üçün çıxmışam. Əlbəttə, bəzən alınırdı, bəzən yox. Təbii ki, bu turnirin qalibi olmaq istəyirdik. Yoldaşlıq turniri olsa da, mənim yeni komandam, ilk rəsmi oyunum idi. Əlimdən gələni etmişdim. Fikrimcə, hər şey yaxşı alındı. Komandanı pis vəziyyətdə qoymaq istəmirdim. Kollektivə “Birlik kuboku”na bir həftə qalmış qoşulmuşdum. Nəyə qadir olduğumu, necə oynadığımı xüsusi olaraq heç kim bilmirdi. Məncə, pis çıxış etmədim”.
 
Gürcüstanlı hücumçu Bakı klubunun heyətində yaddaqalan turniri və oyunu da açıqlayıb: “Ən yaddaqalan turnir “Birlik kuboku”, oyun isə “Pünik”lə görüş olub. Bu matçdan sonra bütün Azərbaycan məni tanıyırdı. Bu oyun mənə gələcək karyeramda irəliləmək üçün təkan verdi. Həmin qarşılaşmada qol vurduğum üçün şadam. Sözün düzü, oyuna qədər xüsusi həyəcan keçirmirdim. Amma ertəsi gün rəhbərlik gələndə iclas oldu və bizi necə bir oyunun gözlədiyini hiss etdim. Günorta elə həyəcanlanırdım ki, matçdan əvvəl istirahət edə, yata bilmirdim. Birinci hissədə də görünürdü ki, komanda həyəcan keçirir, heç nə alınmır. Xoşbəxtlikdən ikinci hissədə ilk qolu vurduq, daha sonra da Vidadi Rzayev ikinci topu rəqib qapısından keçirdi”.
 
O qeyd edib ki, “Neftçi”də Zaur Tağızadə ilə anlaşması əla olub: “Neftçi” oynayan komanda, əla kollektiv idi. Meydanda Zaur Tağızadə ilə oynamaq asan idi, bir-birimizi əla başa düşürdük. “Neftçi”də gözəl qoldan danışırıqsa, bu, “Karvan”ın qapısına vurduğu topdur. 3:1 və ya 4:1 hesabı ilə qalib gəlmişdik”.
 
39 yaşını tamam edən sabiq hücumçu Bakı təmsilçisi ilə ən çox təəssüfləndiyi oyundan da danışıb: “Olimpik”lə oyun yadımdadır, 1:2 hesabı ilə məğlub olaraq çempionluğu əldən verdik. Bu, mövsümün sondan əvvəlki turu idi. İlk hissədən sonra 1:0 hesabı ilə irəlidə olsaq da, sonda uduzaraq, çempionluqdan məhrum olduq. Acı məğlubiyyət idi”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin