Messi koronavirusa görə karantinə alınacaq

13:39 12 Mart 2020

Argentina millisinin və “Barselona”nın ulduzu Lionel Messi karantina alınacaq.

 

Sportarena.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya və Ekvadora qarşı keçiriləcək görüşlər üçün ölkəsinə yollanan hücumçu koronavirus təhlükəsinə görə nəzarətə götürüləcək. 

 

Səbəb isə virusun Avropada daha çox yayılmasıdır. Argentina hökuməti bunun qarşısını almaq üçün Avropadan gələn futbolçuların karantinə alınacağını açıqlayıb. 


Xəbər xətti