“Siyahıda ancaq əcnəbilərdir” - Rəşaddan milli ilə bağlı şərh

18:03 13 Mart 2020

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov millinin baş məşqçisi vəzifəsinə namizədliyi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, R.Sadıqov azerisport.com-a müsahibəsində deyib ki, futbol ictimaiyyəti və mətbuatın inamı onu sevindirir: “Hamı bilir ki, mən öz işimə necə ciddi yanaşıram. Oyunçu karyerama davam etdirməklə yanaşı məşqçiliyi öyrənmiş, müxtəlif vaxtlarda bəzi komandaları çalışdırmışam. Demək olar ki, məşqçi fəaliyyəti mənim üçün başlayıb. Əgər bu müddətdə özüm barədə müsbət fikir yarada bilmişəmsə, buna ancaq sevinirəm. Müasir futbolda futbolçularla ünsiyyət və əlaqə cox vacibdir. Məni daha çox o fakt sevindirir ki, məhz futbolçular haqqımda yaxşı fikirdədirlər. Bu, məni bundan sonrakı fəaliyyətimə daha da motivasiya edir”.

 

R.Sadıqov bildirib ki, o, heç vaxt çətinliklərdən qaçmayıb: “Harda oynamaşımsa, bütün çətinliklərə hazır olmuşam. Hətta gənclərdən ibarət millini qəbul edəndə bilirdim ki, komandanın vəziyyəti sadə deyil. Mənə qədər son üç oyundan ikisində komanda böyük hesabla uduzmuşdu. Psixoloji vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, mənim rəhbərliyim altındakı 5 matçda komanda “döyüşdü”. Bəxtsizlik olmasaydı, biz 7-8 xal toplaya bilərdik. O ki qaldı milli komandaya, siyahıda ancaq əcnəbilərdir. Ona görə də mənim tərəfimdən bu məsələni şərh etmək doğru olmazdı”.

 

“Karyeranızı bitirdikdən sonra yeni mövsüm üçün planınız nədir” sualına Sadıqov belə cavab verib: “Hələlik qərar verməmişəm. Mənim məşqçi həyatım təkliflərdən asılı olacaq”.


Xəbər xətti