Mübariz Mənsimova DAHA BİR ZƏRBƏ

Sportarena.az      19 Mart 2020 , 16:24

"Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyqun Nadirov məni illərdi aldadırlar”.

 

Sportarena.az xəbər verir ki, bunu "Futbol+” qəzetinə açıqlamasında "Zirə”nin müdafiəçisi Adrian Skarlatake deyib.

 

Rumıniyalı oyunçu tanınmış iş adamını və yaxınlarını saxtakarlıqda suçlayıb:

 

"FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməyə davam edirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da belədi”.

 

O, Mais Mənsimovla Tuyqun Nadirovun əməlləri haqqda şok faktlar açıqlamaq istəmədiyini söyləyib:

 

"Hələ ki çox dərinə getmək istəmirəm. Yaxın günlərdə onların iyrənc əməlləri haqda məlumat verəcəm. Dövlət üçün işləyən lənkəranlı icraçılar vəzifə borclarını vaxtında yerinə yetirmədilər. Bununla da Mais Mənsimovla Tuyqun Nadirovun "Xəzər Lənkəran”a nəzarət edən şirkətin aktivlərinin, klubun bütün mallarının təhvil alınmasına və satılmasına dair sənədlərdə dəyişiklər etməsinə şərait yaratdılar. Bu və başqa cinayət faktları FİFA-da var. Azərbaycan Ali Məhkəməsində udduğum məhkəməni əngəlləmək və mənə çatacaq pulu ödəməmək üçün bu cür yola əl atdılar”.

 

Skarlatake Azərbaycan hökumətinin cinayətkarları cəzalandıracağına inandığını vurğulayıb:

 

"Azərbaycanın ədalətinə əminəm və Baş Prokurorluğun hərəkətə keçərək Mais Mənsimovla Tuyqun Nadirovun, eləcə də onlarla əlbir olan hökumət işçilərinin və vəkillərin korrupsiya faktlarını üzə çıxaracağına əminəm. Əks halda yenidən FİFA-ya və ya İnsan Hüquqları Ali Məhkəməsinə üz tutacam. Mən klubdan müqavilədə əks olunan 1 illik maaşımı istəyirəm, bura mükafat aid deyil. Bütün təfərrüatları əsl həqiqətin üzə çıxması ümidi ilə prokurora verəcəm. Yenə deyirəm, Azərbaycanın ədalətinə güvənirəm və ümid edirəm ki, futbol belə cinayət əməllərinin kölgəsində yatmayacaq”.

 

Offsideplus.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin