“Atletiko”nun 14 yaşlı futbolçusu öldü

15:44 30 Mart 2020

İspaniyanın "Atletiko" klubunun U-14 komandasında çıxış edən Kristian Minşola vəfat edib.

 

Sportarena.az xarici xəbər verir ki, 14 yaşlı futbolçu infarktdan dünyasını dəyişib.Məlumatı Madrid təmsilçisinin rəsmi saytı yayıb.

 

Qeyd edək ki, Minşola U-14 komandasında 50-dən çox qol vurub. O, gələcəyin ulduz futbolçularından hesab olunurdu.


Xəbər xətti