Həbib: "İstənilən rəqiblə döyüşməyə hazıram, sadəcə məkanı və vaxtı deyin"

18:00 30 Mart 2020

UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutmaya bilər.

 

 

Sportarena.az xəbər verir ki, Rusiyanın koronavirus pandemiyası ilə əlaqədar olaraq sərhədlərini bağlaması səbəbindən Həbib hazırda ölkədən çıxa bilmir. Rus döyüşçü instaqram hesabındakı canlı yayım zamanı bu məsələdə günahkar olmadığını bildirib:

 

"Mən hazırda UFC çempionuyam. Döyüşün təhlükə altında olması mənim günahım deyil. Bəzən hər şey bizdən asılı olmur. Mən döyüşə hazırlaşırdım, hətta hazır idim. Elə indicə məşqdən gəlirəm. İstənilən rəqiblə döyüşməyə hazıram - hər yerdə, hər vaxt. Sadəcə məkanı və vaxtı deyin, orada olacam. Mən hazırkı çempionam".


Digər xəbərlər

Xəbər xətti