Tacikistanda Superkubokun qalibi müəyyənləşdi

19:00 4 Aprel 2020

Tacikistanda  bu gün futbol bərpa olunub.

 

Sportarena.az xəbər verir ki, ölkədə Superkubok oyunu keçirilib. Həlledici matçda “İstiklol”la “Xudcan” üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "İstiklol" fəxri mükafatın sahibi olub.

 

Xatırladaq ki, Tacikistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, oyun boş tribunalar önündə keçirilib.


Digər xəbərlər

Xəbər xətti