"Qəbələ"də 41 kapitan

12:12 7 Aprel 2020

Koronavirus pandemiya üzündən dayandırılan 2019/20 mövsümündə 24 oyun keçirən “Qəbələ”ni bu matçlara 4 kapitan çıxarıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasındakı 20 qarşılaşmada Anar Nəzirov 15, Asif Məmmədov 3, Qismət Alıyevlə Rasim Ramaldanov hərəyə bir dəfə kapitan bazubəndini daşıyıb. UEFA Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 2 görüşə çıxan “qırmızı-qaralar”ın kapitanlığı bu 4 matçda da Nəzirova həvalə edilib.

 

Həm Anar, həm də Qismətlə Rasim komandanın kapitanı vəzifəsindəki debütlərini cari mövsümdə gerçəkləşib. Əvvəlki illərdə də 9 matça bu bazubəndlə çıxan Asif isə göstəricisini 12-yə çatdırıb.

 

Ümumilikdə isə klub tarixinin 546 oyununda 41 futbolçu kapitan kimi matça başlayıb. Onlar arasında rekordçu Cavid Hüseynovdur. Yarımmüdafiəçi 72 görüşdə kapitan bazubəndini daşıyıb. Kənan Kərimov 49, Rəşad Sadiqov 39 dəfə bu funksiyanı yerinə yetirib.


Cari mövsümdəki 19 matçla Nəzirov ümumi siyahıda İbrahim Hüseynova çataraq 12-ci yerə şərik olub. O, qapıçılar arasında Kamran Ağayev (31) və Xəyal Zeynalovdan (22) sonra üçüncüdür. Ümumi cədvəldə Ağayev 4-cü yerdə qərarlaşıb. Legionerlər arasında rekordçu isə Dododur. Braziliyalı ümumi siyahıda 5-cidir. O, 30 oyuna kapitan kimi çıxıb. Onu aktivində 24 belə matç olan Lyubo Baraninlə milliləşən legioner Vladimir Levin izləyir. Ümumilikdə, 19 futbolçunun kapitanlıq sayı 10 və daha çoxdur.

 

1. Cavid Hüseynov - 72
2. Kənan Kərimov - 49
3. Rəşad Sadiqov - 39
4. Kamran Ağayev - 31
5. Dodo - 30
6-7. Lyubo Baranin - 24
Vladimir Levin - 24
8. Rəşad Abdullayev - 23
9. Xəyal Zeynalov - 22
10. Mahir Şükürov - 21
11. Vitali Balamestnı - 20
12-13. Anar Nəzirov - 19
İbrahim Hüseynov - 19
14. Ruslan Abışov - 17
15-16. Urfan Abbasov - 16
Qoqa Beraya - 16
17. Pavel Doroşev - 13
18. Asif Məmmədov - 12
19. Əli Abışov - 11
20-21. Aleksey Qay - 7
Şəhruz Mustafayev - 7
22-23. Vüqar Həsənov - 6
Elmar Baxşıyev - 6
24-25. Dmitri Bezotosnı - 5
Nadir Şükürov - 5
26-28. Vurğun Hüseynov - 4
Samir Məmmədov - 4
Saşa Yunisoğlu - 4
29-30. Rafael Santos - 3
Aleksandr Çertoqanov - 3
31-33. Yannik Kamanan - 2
Asen Nikolov - 2
Yaşar Abuzərov - 2
34-41. Rəşad Yusubov - 1
Viktor Mendi - 1
Qismət Alıyev - 1
Rasim Ramaldanov - 1
Oleq Osadçi - 1
Sənan Qurbanov - 1
Mətləb Məmmədov - 1
Rail Məlikov - 1.


Xəbər xətti