"Barselona" "Real"ın oyunçusuna "elçi düşüb"

20:18 9 Aprel 2020

"Barselona" "Real"ın rezerv komandası - "Kastilya"da çıxış edən Sesar Jelabertlə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, "Barselona" Jelaberti 2015-cı ildən izləyir. O zaman ispan futbolçu "Erkules"də çıxış edirdi.

 

Jelabertin "Real"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. Hələlik o, Madrid klubu ilə sözləşmə yeniləməyib. Baş məşqçi Zinəddin Zidan Jelaberti perspektivli oyunçu hesab etdiyindən, yaxın günlərdə "Real"ın yeni müqavilə təklif edəcəyi gözlənilir.

 

"Barselona" ilə yanaşı, "Mançester Yunayted", "Arsenal", Dortmund "Borussiya"sı və "Lion" da 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.


Digər xəbərlər

Xəbər xətti