Rövnəq Abdullayev Mübariz Mənsimovun həbsindən danışdı

14:59 14 Aprel 2020

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR-la əlaqələndirilməsi, daha əvvəl bildirdiyimiz kimi, tam əsassız bir yalandır”.

 

Sportarena.az xəbər verir ki, bunu “MQTV” kanalına yazılı açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O, Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə etmək cəhdində olmadıqlarını bildirib:

 

“Biz məhkəmələrə müdaxilənin mümkün olmasına inanmırıq. SOCAR Mübariz Mənsimovun həbs edilməsinə səbəb olmayıb. Ümumiyyətlə, bu bizim maraq dairəmizdə deyil. Məhkəmənin ədalətli hökm verəcəyinə inanırıq”.

 

Abdullayev “Palmali”yə qarşı 2018-ci ildə Londonda və Dubayda arbitraj məhkəməsinin qərarı ilə araşdırmalar başladıldığını deyib: “Məqsədimiz odur ki, “Palmali” Azərbaycan dövlətinə olan yüz milyonlarla borcu qaytarsın. Ümid edirik ki, Türkiyədə də onun haqqında ədalətli qərarlar veriləcək”.  (sportal.az)


Digər xəbərlər

Xəbər xətti