“Qarabağ”ın legioneri ən yaxşı “11-liy”ə namizəddir

15:42 14 Aprel 2020

“Albasete”nin XXI əsrdə yetişdirdiyi ən güclü futbolçuların adları müəyyənləşir.

 

Sportarena.az xəbər verir ki, klubun kəşf etdiyi futbolçulardan ibarət simvolik “11-lik” seçilir.Siyahıda Sequnda təmsilçisinin indiyə qədər üzə çıxardığı 40 futbolçunun adı qeyd edilib. Rəmzi heyəti seçmək üçün azarkeşlər arasında sorğu keçiriləcək. Namizədlər sırasında “Qarabağ”da çıxış edən Xayme Romero da var.Yazıda onun 18 yaşında hücum xəttinin liderlərindən biri olduğu vurğulanıb.Romero davam edən səsvermədə cəmi 1 faiz səs toplayıb.

 

Qeyd edək ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da “Albasete”nin formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti