"Azarkeşlərsiz oynamaq ümumiyyətlə futbol oynamamaqdan daha yaxşıdı" - UEFA prezidenti

16:06 20 Aprel 2020

UEFA prezidenti Aleksander Çeferin matçların oynanılmamasındansa, azarkeşlərsiz keçirilməsinin tərəfdarıdı.

 

Sportarena.az xəbər verir ki, sloveniyalı funksioner "Corriere della Sera"ya açıqlamasında, lazımi təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra oyunların bağlı qapılar arxasında keçirilə biləcəyini qeyd edib:

 

"Azarkeşlərsiz oynamaq ümumiyyətlə futbol oynamamaqdan daha yaxşıdı. Futbol insanlara emosiya və sevinc bəxş edir. İnsanların buna ehtiyacı var.

 

Hazırkı fövqəladə vəziyyətdə yaşıl meydanlara qayıtmaq düzgündümü? Təhlükəsizlik tədbirləri görülsə və yerli hökumət orqanları razılıq versə, klublar tezliklə məşqlərini bərpa edəcəklər. Amma aydın məsələdi ki, azarkeşlərin, futbolçuların və bütün əməkdaşların sağlamlığı prioritet olaraq qalır. Mən optimist insan olduğumdan, çempionatları davam etdirmək üçün bir yol tapacağımıza inanıram.

 

Avrokuboklarla bağlı dəqiq bir şey yoxdu. Çempionlar Liqası və Avropa Liqasının finallarının sentyabr-oktyabr aylarında keçirilməsi inandırıcı görünmür. Çünki belə olan halda, 2020-21 mövsümünün təqvimində ciddi problemlər yarana bilər".


Xəbər xətti