“Fənərbaxça” Pelleqrini ilə maraqlanır

12:35 21 Aprel 2020

Yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirən “Fənərbaxça” Manuel Pelleqerini ilə danışıq aparır.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubunun rəsmiləri 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaradıb. Məlumata görə, “sarı-lacıvərdlilər” çilili mütəxəssisi Türkiyəyə dəvət edib.
 

Pelleqrinin son iş yeri “Vest Hem” olub. O, “Real”, “Mançester Siti”, “Malaq”, “River Pleyt” və “Vilyarreal” kimi klubları çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti