Sabiq "Qarabağ"lı "Milan"ı tərk edir

13:29 22 Aprel 2020

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Milan"ı tərk edir.

 

Sportarena.az xəbər verir ki, bosniyalı qapıçı yayda müqavilə ilə məxsus olduğu İngiltərənin "Bornmut” klubuna qayıdacaq. "Milan"da icarədə olan digər futbolçular kimi 33 yaşlı qolkiper də öz klubuna dönəcək. 

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın əsas qapıçısı Canluici Donnarumma zədələnəndən sonra iki oyunda meydana çıxıb. Koronavirus pandemiyası səbəbindən A Seriyası dayandırıldıqdan sonra Donnarumma zədəsini bərpa edib və çempionatın bərpasından sonra əsas heyətə qayıdacaq.

 

Onu da qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında "Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. (fanat.az)


Xəbər xətti