“Virusu ölkəyə mən gətirmədim, yardım da etmirəm” - AÇIQLAMA

11:53 24 Aprel 2020

Toqo millisinin sabiq futbolçusu Emmanuel Adebayor koronavirusla bağlı maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, hazırda Paraqvayın “Olimpiya” klubunda çıxış edən təcrübəli hücumçu belə bir dövrdə heç kimə yardım etmək fikrində olmadığını bildirib:

 

“Koronavirusu Toqoya mən gətirmədim, yardım da etmirəm. Məni Samuel Eto O və Didye Droqba ilə müqayisə edib, xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün üzgünəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq. Bəziləri virusu ölkəyə mənim gətirdiyimi düşünür. Bu ölkə belədi”.

 

Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Tottenhem”, “Real”, “Kristal Pelas”, “Başakşəhər”, “Konyaspor” kimi klubların da formasını geyinib. O, Toqo yığmasında 87 oyuna çıxıb, 32 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti