UEFA milli çempionatların ləğvi üçün 2 şərt açıqladı

16:25 24 Aprel 2020

UEFA-nın İcraiyyə Komitəsinin videkonfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, milli liqaların dayandırmaq istəyən federasiyalar 2 halda bu qərarı qəbul edə bilər:

 

a) Növbəti mövsümün startına qədər indiki çempionatı başa vurmağın mümkünsüzlüyü;

b) Maddi problemlərə görə oyunları təşkil etməmək.

 

Əgər çempionatlar yekunlaşdırmasa, UEFA federasiyalardan idman prinsipləri əsasında, avrokuboklarda iştirak edəcək klubların siyahısını istəyəcək.UEFA vaxtından əvvəl yekunlaşdırılmış liqalarda milli assosiasiyanın təklif etdiyi istənilən klubdan imtina edə bilər. Əgər şəffaf seçim olmasa, qurum belə qərar qəbul edəcək.

 

Təxirə salınan Avropa Liqası və Çempionlar Liqası avqustda bərpa edilə bilər. Digər variant isə avrokubokların milli liqalarla paralel davam etdirilməsidir.

 

2021-ci ilə keçirilən Avropa çempionatının adı AVRO-2020 qalacaq.


Xəbər xətti