"Transfer pəncərəsinin son günü "Qarabağ"a yox dedim" - AÇIQLAMA

19:00 24 Aprel 2020

İtaliya B Seriyasında çıxış edən "Montsa"nın futbolçusu Marko Fossati 2019-cu ilin yayında “Qarabağ”dan təklif aldığını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyada qalmaq üçün təklifi qəbul etmədiyini deyib:

 

"Verona"da Fabio Qrosso avqustun sonlarında bildirdi ki, heyətdə mənə yer olmayacaq. Transfer pəncərəsinin son günü isə "Qarabağ"dan aldığım təklifə "yox" dedim".

 

"Milan"ın yetirməsi "Latina", "Askoli", "Bari", "Peruca" və "Verona" klublarında çıxış edib. İtaliyanın U-21 millisinin keçmiş üzvü ölkə xaricində oynamayıb.


Digər xəbərlər

Xəbər xətti