Millimizin sabiq baş məşqçisi baba oldu - FOTO

13:30 25 Aprel 2020

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç baba olub.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssisin qızı Lana Yurçeviç oğlan övladını dünyaya gətirib.Lana Yurçeviç oğlu ilə fotosunu "Instagram"da paylaşıb. Uşağa Aleksandar adı qoyulub.

 

Qeyd edək ki, Lana Yurçeviçin qızı ötən ilin sonunda makedoniyalı futbolçu Risto Mitrevski ilə evlənib. 



Digər xəbərlər

Xəbər xətti