Argentinada futbol mövsümü ləğv edildi

11:08 28 Aprel 2020

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini bildirib:

 

"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular səhiyyə qurumları icazə verdikdən sonra yaşıl meydana qayıdacaqlar. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq.Sağlamlıq hər şeydən önəmlidir".

 

Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti