Nazirdən La Liqa ilə bağlı açıqlama

20:53 28 Aprel 2020

İspaniyanın səhiyyə naziri Salvador İlla koronavirusa görə La Liqanın bərpa olunub-olunmayacağı haqda açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, AS nəşrinə danışan nazir, hələ tam bir qərar vermədiklərini deyib: “La Liqanın davam edib-etməyəcəyi bilinmir. İndiki vəziyyətdə öz variantımı desəm, ehtiyatsız davranmış olaram”.

 

La Liqa qeyri-müəyyən müddətə təxirə salınıb. İspaniya mətbuatı çempionatın iyunun əvvəlində bərpa olunacağını iddia edir.


Digər xəbərlər

Xəbər xətti