İspaniyada Superkubok ləğv olundu

11:33 30 Aprel 2020

Kataloniya Superkuboku-2020 koronavirus pandemiyası səbəbindən ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya Futbol Federasiyasının saytı məlumat yayıb. Bu mövsüm kubok uğrunda "Barselona" və "Espanyol" mübarizə aparmalı idi.

 

Qeyd edək ki, ötən mövsüm superkuboku "Barselona"ya 1:0 hesabı ilə qalib gələn "Jirona" qazanmışdı.


Xəbər xətti