Ramil Şeydayev virtual futbolda cüdoçuya uduzdu - VİDEO

13:05 30 Aprel 2020

İTV-də yayımlanan “Evdə Qol” verilişinin budəfəki qonaqları cüdo üzrə Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərovla millimizin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev olub.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, “PlayStation”un PES2020 oyunu üzrə 1/4 final çərçivəsində qarşılaşan idmançıların oyunu çox gərgin keçib.Hidayət Fransanın PSJ, Ramil isə İngiltərənin “Arsenal” klubunu seçib. İlk görüş Heydərovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatsa da, revanş qarşılaşmasında Şeydayev eyni hesabla rəqibini məğlub etməyi bacarıb.

 

Bu səbəbdən iki oyunun qalibi turnir ərzində ilk dəfə penaltilər seriyasında müəyyənləşdirilib. Burada isə Hidayət Heydərov qalib gəlməyi bacarıb – 3:2. Onun yarımfinaldakı rəqibi güləşçi Hacı Əliyevlə boksçu Alfonso Dominges cütünün qalibi olacaq.

 

Qeyd edək ki, futbolçunun digər idman növü təmsilçisinə uduzması bu yarışda artıq üçüncü haldır. Əvvəl futzal millimizin qapıçısı Rövşən Hüseynli taekvondoçu Ayxan Tağızadəyə, “Zirə” klubunun futbolçusu Cavid Hüseynov isə MMA idmançısı Tofiq Musayevə uduzmuşdu.  

 

 


Xəbər xətti