Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər

13:54 30 Aprel 2020

Azərbaycan yığmasının qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə vesti.kz saytı məlumat yayıb. Bildirilir ki, bu ölkənin Premyer Liqa təmsilçisi “Kaysar” yığmamızın çərçivə qoruyucusunun xidmətində maraqlıdır. 

 

Qeyd edək ki, E.Balayev 2019-ci ilin yanvarından bu ilin yanvarına kimi “Tobol”da oynayıb.


Xəbər xətti