FİDE reytinq siyahısını açıqladı - Rəcəbov və Məmmədyarov mövqeyini qorudu

17:44 30 Aprel 2020

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki  yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 90-cı pillədə qərarlaşıblar.

 

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2791) 3-cüdür.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 77-ci, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti