Daha bir çempionat azarkeşsiz keçiriləcək

23:28 30 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan Qazaxıstan çempionatında cari mövsüm davam etdiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qazaxıstan Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.Klublarla keçirilən videokonfransda çempionatın mərhələli şəkildə bərpa olunması müzakirə olunub. Oyunların iyundan başlanacağı və ilk qarşılaşmaların azarkeşsiz keçiriləcəyi bildirilib. İki həftədə 3 oyunun keçiriləcəyi, bu təqvim sayəsində çempionatın oktyabrın sonunda yekunlaşacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti