Tofiq Bəhramovun iştirak etdiyi matç futbol tarixinin ən yaxşı oyunları sırasında

14:20 1 May 2020

Yunanıstanın "Gazzetta" nəşri futbol tarixinin ən yaxşı 50 qarşılaşmasını müəyyənləşdirir. 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, nəşrin açıqladığı 22-ci belə matç azərbaycanlı hakim Tofiq Bəhramovun iştirak etdiyi 1966-cı il dünya çempionatının finalıdır.  

 

Həlledici oyun İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya millilərinin qarşılaşmasında əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda təşkilatçı ölkə yığması 2 qol vuraraq tarixində  ilk və hələlik yeganə çempionluğu qazanıb. 

 

Qeyd edək ki, Tofiq Bəhramov əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolu qeydə almaqla tarixi qərar verib.


Xəbər xətti