"Qarabağ"ın futbolçusu APOEL ilə danışıqlar apardığını açıqladı

15:52 1 May 2020

"Qarabağ"ın qapıçısı Vaqner da Silva gələcək karyerasından danışıb.

 

Sportarena.az xəbər verir ki, mövsümün sonunda Ağdam klubu ilə başa çatacaq braziliyalı qolkiper Kiprin APOEL klubu ilə danışıqlar apardığını deyib:

 

"Apollon"la bağlı ilk dəfə xəbər eşidirəm. Mənə öz sıralarında görmək istəyən başqa Kipr klubu var - APOEL. Artıq danışıqların ilkin mərhələsindəyik. Bundan əlavə, Yunanıstanın "Panatinaikos" klubu da mənimlə maraqlanır. Konkret ad çəkməyəcəm, Braziliya və Portuqaliyadan da maraq var. Növbəti mövsümü deyil, indiki vəziyyətdən necə çıxacağımızı düşünürəm" (azerisport).


Digər xəbərlər

Xəbər xətti