"Barselona" Dembele ilə bağlı qərarını verdi

11:18 2 May 2020

"Barselona" Usman Dembeleni növbəti mövsüm də komandada saxlamaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Kike Setyen Dembeleyə güvənir. İspan mütəxəssis, zədəsini sağaltdıqdan sonra fransız futbolçudan maksimum faydalanmağı planlaşdırır.

 

Son olaraq Dembelenin sağ bud biçepsinin proksimal tendomu yırtılmışdı. 22 yaşlı vinger fevral ayında əməliyyat olunmuşdu.Cari mövsümdə La Liqada 5 matçda meydana çıxan Dembele 1 dəfə rəqib qapılarına yol tapıb.


Digər xəbərlər

Xəbər xətti