"Qarabağ" 1500 ailəyə ərzaq yardımı etdi

13:03 2 May 2020

“Qarabağ” koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyinin, baş məşqçi və bir neçə futbolçunun maddi dəstəyi ilə 1500 ailəyə ərzaq yardımı paketi hazırlanıb və Ağdam rayonunun kəndlərində paylanılmasına başlanıb. Klub “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu addımı atıb.

 

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sponsoru olan “Azersun” Holdinq Koronavirusla Mübarizə Fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, futbolçular isə 50 min manat məbləğində yardım ediblər.


Xəbər xətti