İcra başçısına "Qarabağ"ın forması hədiyyə olundu - FOTOLAR

00:12 3 May 2020

“Qarabağ” COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi zamanı Ağdama yollanıb.

 

Sportarena.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanov və futbolçuları - Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət bu gün səhər saatlarında Ağdam şəhər icra hakimiyyətinin başçısı Vaqif Həsənov ilə görüşüb.

 

İcra başçısı futbolçularla söhbətində hər zaman komandanın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Vaqif Həsənova forma və futbolçuların imzalı topu hədiyyə olunub.

 

Daha sonra klub nümayəndələri Ağdamda yaşayan aztəminatlı ailələrlə görüşüb və bu çətin dönəmdən birlikdə çıxacağını diləgətirib. "Qarabağ" 1500 ərzaq bağlamasını ailələrə paylayıb.



Digər xəbərlər

Xəbər xətti