"Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər

11:32 3 May 2020

"Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Testi mayın 6-da aparılacaq.Əgər nəticələr qənaətbəxş olsa, oyunçular fizioterapevtlərin müşahidəsi əsasında fərdi məşqlərə başlaya biləcəklər. Bu halda oyunçular paltarlarını evdə dəyişəcəklər və evdə duş qəbul edəcəklər.

 

Hazırlığın ikinci mərhələsində futbolçular öz ailə üzvləri ilə əlaqələrdən çəkinərək kiçik qruplar tərkibində məşq edə biləcəklər. Üçüncü mərhələdə onlara 14 nəfərdən çox olmayan qruplar şəklində məşqlərə icazə veriləcək.

 

Lakin bütün bunlar yalnız İspaniyada koronavirus epidemiyasının miqyası azaldıqda aktual olacaq. Belə olarsa, La Liqa məşqlərin başlanğıcından 1 ay sonra başlaya bilər.


Xəbər xətti