Maykl Essyeninin "Səbail"dəki maaşı açıqlandı

13:13 3 May 2020

Maykl Essyeninin "Səbail"dəki maaşı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İndoneziya mətbuatı məlumat yayıb.Bildirilir ki, qanalı futbolçu Azərbaycanda 250 min avro maaş alır. Onun İndoneziyanın "Persib Bandunq" klubundakı maaşı isə 800 min avro olub.

 

"Persib Bandunq"da Essyenin baş məşqçisi olmuş Umux Muxtar da onunla bağlı danışıb: "Onun İndoneziyada fantastik maaşı və dəbdəbəli həyatı var idi. Burdan gedəndə çox məyus oldu. Klub rəhbərliyi Essyeni 2018-ci il mövsümü üçün saxlamağı planlaşdırırıdı. Ancaq o, hansısa səbəbdən "Persib Bandunq"la müqaviləsini pozdu. Ola bilər ki, məsələ məşqçiylə bağlı idi. Hərçənd, müqaviləsi vardı. Ancaq nə edə bilərəm, bəlkə də gedişi mentalitetlə bağlı oldu. O, Persibdə uğursuzluq yaşadı".


Digər xəbərlər

Xəbər xətti