MOK CBC Sport-la birgə yeni layihəyə start verdi - VİDEO

17:47 3 May 2020

Milli Olimpiya Komitəsi (MOK) və CBC Sport telekanalı ölkə teleməkanında yeni layihəyə - “Olimpiya günləri” verilişinə başlayıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a MOK-un mətbuat xidmətindən məlumat verilib.Tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya Oyunlarında iştirak tarixi, olimpiyaçıların qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də MOK və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlər planlaşdırılır. Verilişin idman ictimaiyyətindən əlavə, bütün televiziya tamaşaçıları üçün cəlbedici olması nəzərdə tutulub. 

 

Proqramda olimpiya növləri ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat verləcək, idmançıların gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq. Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram hər həftənin şənbə günləri saat 12:00-da yayımlanacaq.

 

 


Xəbər xətti