Ronaldo Turinə qayıtdı - FOTO

00:43 5 May 2020

Koronavirusa görə elan edilən karantini vətəni Portuqaliyada keçirən “Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu şəxsi təyyarəsi ilə Turinə uçub. Portuqaliyalı hücumçu 2 həftəlik karantindən sonra komanda ilə məşqlərə başlayacaq.

 

Ronaldo karantin müddətində ailəsi ilə birlikdə doğulduğu Madeyra adasında qalıb.



Xəbər xətti